Zəncirvari qəza: Yaralılar var
    • Bu gün, 10:33
    • 84

Zəncirvari qəza: Yaralılar var

Türkiyədə M.B. (58) idarə etdiyi yük maşını İ.A.-nın (42) idarə etdiyi buğda yüklü traktora çırpılıb. H.Y-nin (63) idarə etdiyi avtomobil də arxadan yük maşınına dəyib.

News24.az xəbər verir ki, hadisə yerinə xilasetmə, sağlamlıq, polis və jandarma qrupları sövq edilib.

Yanğınsöndürənlər yük maşınında qalan sürücünü çıxarıblar.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Günel Məlikzadə