-
- 15-08-2024, 11:12
- 240
İRAN ABŞ-a haker hücumu etdi - İDDİA
Google, ABŞ prezidenti Co Baydenin qərargahına və ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahına haker hücumları faktlarını təsdiqləyib.
News24.az xəbər verir ki, hücumların İrandan edildiyi iddia edilib.
Google qeyd edib ki, İran tərəfindən dəstəkləndiyi iddia edilən APT42 haker qrupu may və iyun aylarında Bayden və Trampla əlaqəli on nəfərin şəxsi e-poçt hesabına, o cümlədən hazırkı və keçmiş hökumət rəsmiləri və seçki kampaniyaları ilə əlaqəli şəxslərə hücum edib,
"Haker qrupu hesabları sındırmaq cəhdlərini dayandırmaq niyyətində deyil və yeni hücum üsullarından istifadə edir", - Google belə qənaətə gəlib.
Məryəm İlhamqızı