Slovakiya parlamenti haker hücumuna məruz qalıb
    • 27-10-2022, 22:12
    • 300

Slovakiya parlamenti haker hücumuna məruz qalıb

Slovakiya Milli Şurası (parlamenti) oktyabrın 27-də haker hücumuna məruz qalıb.

News24.az  xəbər verir ki, parlamentin sədri Boris Kollar qanunverici orqanın kompüter sisteminin çökməsindən sonra Milli Şuranın iclasını dayandırmalı olub. Problemin haker hücumu ilə əlaqəli olduğu müəyyənləşəndən sonra parlamentin iclasları noyabrın 8-dək təxirə salınıb. Hücumun arxasında kimin dayanması hələlik məlum deyil.

Slovakiya mətbuatının məlumatına görə, haker hücumu səsvermə üçün tələb olunan texnika ilə yanaşı, telefon xətlərini də əhatə edib. Hətta parlament binasındakı yeməkxananın kassa aparatları da hücum nəticəsində sıradan çıxıb.

Slovakiya rəsmiləri cinayətkarların aşkarlanması və cinayətin necə baş verməsinə aydınlıq gətirilməsi istiqamətində təhqiqatlara başlandığını bildiriblər.