-
- 8-02-2020, 23:30
- 2 558
“Facebook” və “Messenger” haker hücumuna məruz qaldı
“Facebook” və “Messenger”in rəsmi “Twitter” və “İnstagram” hesabları haker hücumuna məruz qalıb.
News24.az “Haber Global”a istinadən xəbər verir ki, hesabları ələ keçirən haker qrupu məqsədlərinin kibertəhlükəsizlik vəziyyətini göstərmək olduğu açıqlamasını verib.
“OurMine” adlı haker qrupu paylaşımında “Facebook”un da hücuma məruz qala biləcəyini deyib.
Artıq sosial media nəhənglərinin hesabları hakerlərdən geri alınıb.