Bayram günlərində "Asan Xidmət" işləməyəcək
    • 4-06-2019, 11:24
    • 1 195

Bayram günlərində "Asan Xidmət" işləməyəcək

5, 6 iyun “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

Qurumdan News24.az-a verilən məlumata görə5 və 6 iyun tarixlərində Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

7 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.