-
- 4-10-2019, 12:39
- 930
“ASAN xidmət”ə 33 milyonuncu MÜRACİƏT
“ASAN xidmət”ə 33 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
News24.az xəbər verir ki, bu müraciət 2 saylı Bakı "ASAN xidmət" mərkəzinə Rəşad Abdullayev tərəfindən edilib. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən notariat xidmətindən yararlanıb.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.