-
- 16-08-2024, 09:38
- 385
Nigeriyada 39 Meymunçiçəyi aşkar edildi
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə meymunçiçəyi virusuna yoluxma halları ilə bağlı jurnalistlərə açıqlama verib.
News24.az xəbər verir ki, İdris bildirib ki, ilin əvvəlindən indiyədək ölkənin müxtəlif əyalətlərində 39 meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb.
Ölkədə bu virusa görə can itkisinin olmadığını qeyd edən İdris, NCDC-nin meymunçiçəyi virusuna qarşı cavab tədbirlərini koordinasiya etməyə davam etdiyini söyləyib.
İdris, NCDC-nin də yüksək riskli qruplar üçün peyvənd etməyi düşündüyünü ifadə edərək, "Nigeriya 10 min doza Jynneos peyvəndi almağı gözləyir" deyib.
Nigeriya hökuməti meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün beynəlxalq səyahətçilər üçün sağlamlıq bəyannaməsi forması hazırlamışdı.
Afrika Birliyi Afrika ölkələrində sürətlə yayılan meymunçiçəyi virusuna qarşı qitə miqyasında ictimai səhiyyə fövqəladə vəziyyəti elan etdi.
Günel Məlikzadə