Toyda kütləvi zəhərlənmə oldu
    • 16-08-2024, 10:28
    • 301

Toyda kütləvi zəhərlənmə oldu

Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

Faktla bağlı araşdırma gedir.