Bakıda jurnalistin xanımı qəfil vəfat etdi
    • Bu gün, 11:49
    • 104

Bakıda jurnalistin xanımı qəfil vəfat etdi

“Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, jurnalist Niftulla Məmmədlinin həyat yoldaşı qəfil vəfat edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, jurnalistin xanımı bu gün səhər saat 05 radələrində yaşadığı evdə dünyasını dəyişib.

Yaxınları bildirib ki, gənc qadın dekabrın 24-də, yəni 17 gün əvvəl qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib və həkim nəzarətində imiş.