-
- 16-08-2024, 11:35
- 4 417
Avqustun 17-si axşamdan BAŞLAYACAQ - Əhaliyə VACİB XƏBƏRDARLIQ
17 avqust axşamı və 18 avqust səhəri Yer kürəsində G1 səviyyəsində günəş aktivliyinin artması gözlənilir.
News24.az xəbər verir ki, Günəş Aktivliyi Laboratoriyası və İKSZF-nin məlumatına görə, fırtına təxminən saat 21:00-da başlayacaq, lakin növbəti gün saat 03:00-09:00 arasında pik nöqtəsinə çatacaq. Günün qalan hissəsində də yüksək günəş aktivliyi gözlənilir.
Geomaqnit fırtına Yer kürəsinin maqnit sahəsinin günəş küləkləri axınlarının təsiri altında pozulmasıdır. Maqnit fırtınaları elektronikanın işində nasazlıqlar yarada bilər. Hava şəraitindən asılı insanlar bu saatlarda özlərini pis hiss edə bilərlər.