-
- 16-08-2024, 12:51
- 263
“Amerikalıların dəstəyi olmasaydı, Kiyev Rusiyaya daxil olmazdı"
Rusiyanın vitse-prezidenti Nikolay Patruşev Ukraynanın Kursk vilayətində əməliyyatın Qərblə birlikdə planlaşdırıldığını bildirib.
News24.az xəbər verir ki, bununla bağlı Patruşev Rusiyanın “İzvestiya” qəzetinə müsahibə verib.
O, müsahibəsində “ABŞ administrasiyasının Kiyevin Kurskda törətdiyi cinayətlərdə iştirakının olmadığı barədə açıqlamaları faktları əks etdirmir” deyib.
Qərbin Ukraynaya dəstək verdiyini, silah və hərbi təlimçilər göndərdiyini xatırladan Patruşev, "Kursk bölgəsindəki əməliyyatda NATO və Qərb kəşfiyyatının iştirakı ilə planlaşdırılıb" deyib.
Qeyd edək ki, ABŞ administrasiyası isə Kiyevin Kurska hücumunda iştirak etmədiyini açıqlayıb.
Patruşev, "ABŞ həmişə bir şey deyir, başqa bir şey edir. Əgər amerikalıların dəstəyi olmasaydı, Kiyev Rusiya ərazisinə girmək riskini götürməzdi" dedi.
Rusiya prezidenti Vladimir Putinin köməkçisi “ABŞ-ın Ukraynanı hərbi layihəyə çevirdiyini” deyib və Ukrayna xalqının Amerikanın maraqları naminə əziyyət çəkdiyini bildirib.
Xatırladaq ki, Ukrayna qoşunları Rusiya ərazisi olan Kursk bölgəsinə sızaraq avqustun 6-da hücuma keçib. Rusiya tərəfindən vəziyyətin “federal fövqəladə vəziyyət” səviyyəsinə qaldırıldığı və terrorla mübarizənin elan edildiyi bölgədə 121 min insanın təxliyə edildiyi və bu rəqəmin 180 minə yüksələcəyi bildirilib.
Günel Məlikzadə