İş yerindən 1.2 milyon dollar oğurlayıb TikTok-da XƏRCLƏDİ
    • 16-08-2024, 18:55
    • 338

İş yerindən 1.2 milyon dollar oğurlayıb TikTok-da XƏRCLƏDİ

ABŞ-da bir qadın iş yerindən 1,2 milyon dollar oğurlayaraq həmin məbləği TikTok "jeton"larına və digər alışlara xərcləyib. 

News24.az xəbər verir ki, bu barədə Inside Edition yazıb. 

Texaslı Stacy Blackmon işlədiyi tikinti şirkətindən 1,2 milyon dollar oğurladıqdan sonra həbs edilib. 

Qadın öz istəyinə uyğun pulu xərcləyib, özü üçün bahalı səyahətlər təşkil edib.

Bundan əlavə, qadın bu pulun böyük hissəsini istifadəçilərə proqram daxilində virtual valyuta almağa imkan verən TikTok "jeton"larının alınmasına xərcləyib. 

İstintaq zamanı Blackmon dələduzluqda günahını etiraf edib.

Məhkəmədə 39 yaşlı qadın əməlindən peşman olduğunu bildirib və 35 il müddətinə azadlıqdan məhrum edilib.

Məryəm İlhamqızı