-
- 17-08-2024, 19:34
- 363
“Fənərbaxça”nın 2 futbolçusu həbs oluna bilər
Türkiyənin “Fənərbaxça” klubununda çıxış edən Mərt Hakan Yandaş və Ostervoldun həbsi gündəmdədir. Məsuliyyətə səbəb kimi, ötən mövsüm “Qalatasaray”la oynanan derbidən sonrakı hadisələr əsas göstərilir.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, İstanbul prokurorluğu məhkəməyə hər iki oyunçunun 6 ildən 9 ilə qədər həbsi ilə bağlı müraciət edib. Məhkəmə növbəti ay keçiriləcək.
Qeyd edək ki, qalmaqallı matçdan sonra “Fənərbaxça”lı futbolçularla “Qalatasaray” azarkeşləri arasında əlbəyava dava düşmüşdü. dirnaq modelleri