İkardidən "Fənərbaxça"ya mesaj
    • 7-05-2024, 09:19
    • 268

İkardidən "Fənərbaxça"ya mesaj

"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi sosial şəbəkə hesabında qolsuz bərabərliklə başa çatan "Konyaspor" - "Fənərbaxça" matçından sonra paylaşım edib.

News24.az xəbər verir ki, Superliqanın bitməsinə 3 həftə qalarkən "Fənərbaxça" ilə lider "Qalatasaray" arasındakı xal fərqi 6-ya yüksəlib və argentinalı futbolçu əzəli rəqibinə mesaj göndərib.

Matçdan sonra "Qalatasaray"ın futbolçusu Mauro İkardi "yuxu" sevincini paylaşıb.

Həmin paylaşımı təqdim edirik:


Günel Məlikzadə