Əhaliyə XƏBƏRDARLIQ! Bu gün bəzi ərazilərdə...
    • 19-08-2024, 09:49
    • 1 764

Əhaliyə XƏBƏRDARLIQ! Bu gün bəzi ərazilərdə...

Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

Bu barədə  "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, Binəqədi rayonu, 2-ci Mədən, korpus 98 ünvanında "Təmiz Qaz" QSC tərəfindən yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 19.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu üzrə Malik Mustafayev, Park, Səttar Bəhlulzadə küçələrinin, Binəqədi rayonu üzrə isə 1-ci, 2-ci və 3-cü Mədən adlanan ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.