"Neftçi" rəhbərliyi "qara siyahı"ya düşən futbolçusuna iki seçim təklif etdi
    • 19-08-2024, 13:03
    • 448

"Neftçi" rəhbərliyi "qara siyahı"ya düşən futbolçusuna iki seçim təklif etdi

«Neftçi» rəhbərliyi Qara Qarayevlə görüş keçirib.

İdarəçilər Roman Qriqorçukun onun xidmətində maraqlı olmadığını yarımmüdafiəçinin diqqətinə çatdırıblar.

Bildiriblər ki, baş məşqçi onun hazırlıq səviyyəsindən narazıdır.

Millinin sabiq üzvünə təklif olunub ki, müqaviləni qarşılıqlı razılıq əsasında pozulmasına «okey» versin. Həmçinin deyilib ki, ona görə başqa klubdan dəvət gələrsə, heç bir ödəmə istənilməyəcək.

«Qarabağ»ın yetirməsinə fikirləşmək üçün vaxt tanınıb. Diqqətinə çatdırılıb ki, o, getmək fikrində olmasa, qarşıdakı müddəti əvəzedici heyətin düşərgəsində keçirəcək.

Dünən Qriqorçukun özü də bu haqda sualı cavablandırıb. Ukraynalı çalışdırıcı Qarayevin onun gələcək planlarına daxil olmadığını söyləyib:

«Qara həm yaxşı insandır, həm yaxşı futbolçudur. Uzun ilıər Azərbaycan millisinin komandasının şərəfini qoruyub,

Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm,

Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm.

Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdir. Mən bu haqda şərh verə bilmərəm».// sportinfo.az