-
- 31-07-2024, 21:13
- 323
Qriqorçuk bu oyunçunun da "Neftçi"dən göndərilməsini istədi
Bugünlərdə «Neftçi»ni daha bir futbolçunun tərk etməsi gözlənilir.
Yeqor Boqomolski Roman Qriqorçukun gələcək planlarında yer almır.
Klubdan əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi hücumçu ilə bağlı son fikrini söyləyib.
Ukraynalı çalışdırıcı 2 ildir ağ-qara formanı geyinən forvardın onu qane etməməsi barədə rəhbərliyi məlumatlandırıb.
Vaxtilə «Qəbələ»ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış sükançı Boqmolskinin qol hissinin zəif olmasını xüsusi qabardıb, ikili mübarizələr zamanı rəqibi keçməkdə çətinlik çəkməsini vurğulayıb. O, sözləşməsi gələn ilin yayında başa çatacaq belaruslunun satılmasına, yaxud icarəyə verilməsinə tərəfdardır.
Qriqorçukun mövqeyi anlaşılandır. Paytaxt təmsilçisi bugünlərdə 2 yeni hücumçunu rənğlərinə bağlayıb.
Ramil Şeydayev və Andrey Ştoqrini artıq onun yeni «əsas silahlar»ı saymaq olar./SPORTİNFO.AZ