-
- 19-08-2024, 13:36
- 431
Zəlzələ baş verdi - Bu saatda...
Malatyada 4 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 13.02-də episentri Akçadağ rayonunda olmaqla 4 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 10,31 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
AFAD və müvafiq qurumlar tərəfindən aparılan çöl araşdırmasının ilkin nəticələrinə görə, zəlzələdə heç bir mənfi təsir yaşanmayıb.
Günel Məlikzadə