-
- Bu gün, 11:28
- 213
“Əlim hər murdar dodaq üçün deyil” - Elza
“Qərara gəlmişəm ki, kim şərəf və layəqətimə toxunsa, məhkəmədə cavab verməli olacaq. Ona görə də iş məhkəmədədir. Artıq cinayyət işi açılıb. Təqsirləndirən şəxs qeydə alınıb”.
News24.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “YouTube” yayımlanan “Künc-Bucaq” verilişində deyib.
O, Roza Zərgərli ilə məhkəmə işindən söz açıb:
“Qarşı tərəflə heç bir ünsiyyətim ola bilməz. Əgər ünsiyyət olubsa da, sadəliyimdən olub”.
“Qarşı tərəfi demisiniz ki, əlimi öpsün” sualına Elza belə reaksiya verib:
“Mənim əlim hər murdar dodaq üçün deyil”.