-
- 19-08-2024, 22:51
- 334
Dəhşətli qəza - Bacılar həyatını itirdi!
Kütahya -Eskişehir avtomobil yolunda qorxunc qəza baş verib.
Qəza gecə saatlarında yolun Çinicilər bazarı qarşısında baş verib. Yarmarkada xatirə stendi açan ögey ataları Məsud Gürcan və anası Dilek Gürcanın yanına gedən 16 və 15 yaşlarında olan Melike və Mine Kurt bacıları təxminən 10 metr aralıdakı yerüstü keçiddən istifadə etməyib və yolu keçmək istəyiblər.
News24.az 32gun.az-a istinadən xəbər verir ki, bu zaman S.S-nin idarə etdiyi avtomobil bacıları vurub. Qəzanı görənlərin xəbəri üzərinə, sağlamlıq qrupları tərəfindən aparılan yoxlamalar zamanı Mine və Melike Kurt bacılarının həyatını itirdiyi müəyyən edilib. Avtomobilin sürücüsü Sadıç polis qrupları tərəfindən saxlanılıb.
Qəzada dünyasını dəyişən Mine və Melike Kurtların atası Arif Kurt və keçmiş həyat yoldaşı Dilek Gürcan kədərli xəbəri eşidəndən sonra hadisə yerinə gəliblər. Hadisə yerində hərəkətsiz qalan qızlarını görəndə əsəbləri pozulub və bir-birini qucaqlayaraq ağlayıb. Mine və Melike Kurtun cəsədləri prokurorluq və polis qruplarının araşdırmasından sonra xəstəxana morquna aparılıb.
Digər tərəfdən, Mine və Melike Kurtu yolu keçmək istəyərkən vuraraq öldürən sürücü Səməd Sadıçın idarə etdiyi maşının arxasındakı "Killer 777" yazısı diqqət çəkib. İstintaq davam edir.