45 yaşlı qadın qətlə yetirildi - Oğlu tutuldu
    • Dünən, 08:33
    • 214

45 yaşlı qadın qətlə yetirildi - Oğlu tutuldu

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə N.Çıraqovanın övladı, 2003-cü il təvəllüdlü Çıraqov Rəşad Xalid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Hadisə ilə bağlı prokurorluq da məlumat yayıb.

"Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub", - açıqlamada bildirilir.