-
- 20-08-2024, 20:22
- 286
Xəzər dənizində suyun səviyyəsi niyə azalır? - AÇIQLAMA
Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəbləri məlum olub.
News24.az KONKRET.az-a istinadla xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Reuters”ə açıqlamasında əsas səbəbin iqlim dəyişikliyi ilə bağlı artan buxarlanma olduğunu bildirib.
Həmçinin qeyd olunub ki, Volqa çayından daha çox suvarma məqsədilə ustudadə olunduğundan suyun səviyyəsi azalıb.
Xidmət rəisi açıqlamasında bunun iqtisadi sektora, xüsusilə də neft və qaz əməliyyatlarına təsir etdiyini bildirib.
Xatırladaq ki, noyabrda Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) keçiriləcək.