-
- 20-08-2024, 17:05
- 313
"Harris debatda iştirak etməyəcək"
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bildirib ki, Demokratlar Partiyasının namizədi Kamala Harris sentyabrın 4-də keçiriləcək debatda iştirak etməyəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, keçmiş prezident “Truth” sosial hesabında paylaşımda Harrisin “FoxNews” debatında iştirak etməyəcəyini açıqladığını və bu inkişafın onu təəccübləndirmədiyini bildirib.
Tramp sentyabrın 4-də debat əvəzinə Pensilvaniyada Fox üçün Sean Hannity-nin aparıcısı olduğu başqa bir proqrama qatılacağını və təfərrüatların daha sonra veriləcəyini açıqlayıb.
Günel Məlikzadə