-
- 3-08-2024, 13:39
- 451
Tramp Harrislə gözlənilən debatın yerini və tarixini açıqladı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp demokratlardan prezidentliyə namizəd Kamala Harris ilə gözlənilən debatın tarixini açıqlayıb.
News24.az-ın oxu.az-a istinadla xəbərinə görə, respublikaçı namizəd bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Mən "Fox News" ilə sentyabrın 4-də, çərşənbə günü Kamala Harris ilə debat keçirmək barədə razılığa gəldim", - deyə o qeyd edib.
Trampın sözlərinə görə, tədbir Pensilvaniya ştatında keçirilməlidir. Məkan hələ ki müəyyən edilməyib.
Qeyd edək ki, Tramp və Harris bir neçə həftədir, debatın tarixi və kanalı barədə razılığa gələ bilmirdilər.
ABŞ-də prezident seçkisi 5 noyabr 2024-cü ildə keçiriləcək. Trampın rəqibinin ABŞ-nin hazırkı dövlət başçısı Co Bayden olacağı güman edilirdi, lakin o, iyulun 21-də yarışdan çıxdığını və Harrisin namizədliyini dəstəklədiyini elan edib.