“Ləvəngi badımcan”, “quzu təndir”… — Putin Bakıda nə yeyib? (MENYU)
    • 20-08-2024, 18:06
    • 436

“Ləvəngi badımcan”, “quzu təndir”… — Putin Bakıda nə yeyib? (MENYU)

Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından dövlət ziyafətində verilən yeməklər məlum olub.

News24.az Demokrat.az-a istinadən bildirir ki, ali qonağın süfrəsinə “ləvəngi-badımcan”, qutab, kartof ilə qızardılmış qızıl balıq, və təndirdə quzu təqdim edilib.

Menyuda həmçinin qara kürü, qızardılmış badımcan salatı, “ayranaşı” şorbası, qızardılmış düşbərə, üzüm yarpağı və püstə yarpaqlarından hazırlanmış dolma, şirniyyatlar var”, – TASS yazır.