Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs SAXLANILDI
    • 20-08-2024, 18:17
    • 204

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs SAXLANILDI

Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.

News24.az bildirir ki, bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, müğənni Sevda Sanaliyeva təqib olunması barədə sosial şəbəkədə müraciət yayıb.