-
- 20-08-2024, 18:41
- 208
Belçikada “mavi dil” xəstəliyi yayıldı
Federal Qida Agentliyinin paylaşdığı məlumatlara görə, ayın əvvəlində başlayan “mavi dil xəstəliyi” getdikcə yayılmaqdadır.
News24.az xəbər verir ki, hazırda ümumilikdə 874 baş qoyun, keçi, inək və iribuynuzlu mal-qara bu xəstəliyin daşıyıcısıdır.
Xəstəlik xüsusilə qoyunlar arasında yayılıb və bu növlər arasında ölüm halları baş verib.
Virus 500-dən çox fermaya təsir etsə də, ümumilikdə neçə heyvanın tələf olduğu hələ məlum deyil.
Qeyd edək ki, virus insanlara sirayət etmir.
Xəstəliyə yoluxmuş heyvanların dilini göy rəngə çevirdiyi üçün belə adlandırılan xəstəliyə bir növ ağcaqanad səbəb olur.
Heyvanlarda yüksək hərarət, iştahsızlıq, oynaq ağrıları, laktasiya, doğuş və tənəffüs problemlərinə səbəb ola bilər.
Məryəm İlhamqızı