Azərbaycanda 22 cinayətin üstü "isti izlər"lə açıldı - SON SUTKADA
    • 5-06-2019, 12:10
    • 609

Azərbaycanda 22 cinayətin üstü "isti izlər"lə açıldı - SON SUTKADA

Daxili İşlər Nazirliyi 2019-cu il iyun ayının 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

News24.az-ın məlumatına görə, ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb. Həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Dünən axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.