İstirahət günləri qəzalarda  5 nəfər ölüb, 9 nəfər yaralanıb
    • 13-05-2019, 10:15
    • 675

İstirahət günləri qəzalarda 5 nəfər ölüb, 9 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi ötən iki gün ərzində baş verən cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

News24.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, mayın 11-dən 13-dək törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.