-
- 21-08-2024, 09:16
- 550
Yuxudan sonra əl-ayağın keyiməsi xəstəlikdəndir
Səhər və ya gecə yuxudan oyananda əl-ayaqların keyiməsi, uyuşması bir sıra xəstəliklərlə əlaqəli ola bilər.
News24.az medicina.az-a istinadən xəbər verir ki, terapevt Anastasiya Timoşenko bu simptomlara diqqət yetirməyi tövsiyə edir.
"Səhərlər ayaqlarda keyimə, hissiyyatın azalması keçib gedən simptom deyil. Əsasən bu, diabetik polineyropatiyaya işarədir.
Ayaqlarda istənilən narahatlıq nevroloq müayinəsi tələb edir.
Eləcə də qaraciyər problemi, xroniki intoksikasiya zamanı da ayaqlarda ağrı olur.
Eləcə də ayaqlarda uyuma, quruma, keyimə irəliləyən ateroskleroz, damar tutulması, varikoz, B12, fol turşusu və hətta qanazlığından ola bilər.
Bilək və əlin özündə keyimə tunel sindromundan ola bilər.
Yatdıqdan sonra ayaq, qolda uyuşma onurğa problemi, ostexondroz, yırtıq və sinirlərin sıxılmasından olur.
Bu hal yuxuda ona görə artır ki, insan hərəkətsizdir və əzələlər boşdur.
Diabetik polineyropatiyanın əlamətləri:
- Ayaqlarda iynəbatma, uyuşma, qarışqa gəzmə hissi
- Ayaq gücünün azalması, yeriməkdə çətinlik
- Çox gəzəndə ağrı
- Gecələr ağrı
- Müvazinətdə problem, səntirləmə
- İstiyə, soyuğa həssaslığın itməsi
- Ayaqların ağarması, göyərməsi".