-
- 21-08-2024, 10:33
- 411
"NATO Ukraynaya girərsə, 3-cü Dünya müharibəsi başlayacaq"
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) əvvəllər ölkəsinin hava məkanını pozduğunu və bunun dəfələrlə baş verdiyini bildirib.
News24.az xəbər verir ki, Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirdiklərini bildirib.
Lukaşenko NATO-nun Ukraynaya qoşun göndərmə ehtimalını dəyərləndirərək, “Əgər onlar NATO qoşunlarını göndərsələr, 3-cü Dünya Müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq və ani, dəhşətli reaksiya olacaq".
Vəziyyətin gərginləşməsini istəmədiklərini bildirən Lukaşenko, "NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Qırmızı xətt olmayacaq. Bizim yalnız bir xəttimiz var. Hansı ki, dövlət sərhəddi, onlar sərhədə addım atdıqları anda cavab olacaq” dedi.
Eyni zamanda, Lukaşenko Ukrayna ordusunun avqustun 6-da Rusiya ərazisi olan Kursk vilayətinə daxil olduğuna diqqət çəkərək, "Ukrayna vəziyyəti gərginləşdirir. Belə davam edərsə, bu gərginlik Ukraynanın məhvi ilə nəticələnə bilər" dedi.
Buna görə də Rusiya və Ukraynanın sülh danışıqlarına yenidən başlamalı olduğunu vurğulayan Lukaşenko, danışıqların 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşma əsasında aparıla biləcəyini bildirib.
Lukaşenko, "Meydanda vəziyyət dəyişdi, amma biz buradan başlaya bilərik. Danışıq masasına oturub məsələni həll etmək lazımdır. Belə bir fürsət var" dedi.
Prezident Lukaşenko belə davam etdi:
"Bəzən faşistlərdən danışırsan. Orada artıq nasist yoxdur. Ukrayna nasistlərdən təmizlənib. Orada bir neçə nasist qalıb, amma onlara da hörmət edilmir. Bu gün Ukrayna xalqının 70 faizindən çoxu Zelenskiyə nifrət edir. Çünki. Zelenski verdiyi vədləri yerinə yetirmədi və bu səbəbdən insanlar ölür”.
Günel Məlikzadə