Qərb ölkələri Belarusda təxribatlar üçün dəstələr hazırlayır - Lukaşenko
    • 23-01-2024, 14:00
    • 221

Qərb ölkələri Belarusda təxribatlar üçün dəstələr hazırlayır - Lukaşenko

Qərb ölkələri respublikaya qarşı təxribatlar üçün xüsusi dəstələr hazırlayır.

News24.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Cənubda müharibə (Rusiya  ilə Ukrayna arasında münaqişə), qərbdə Polşa, Litva, Baltikyanı ölkələr var və daha da pis. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib”, - Belarus lideri bildirib.

Xatırladaq ki, ötən həftə Lukaşenko bildirib ki, Belarus artıq tam müstəqil şəkildə təkcə “Polonez” raket sistemlərini deyil, həm də onlar üçün sursat istehsal edir.

Mehriban Mirzəzadə