Lukaşenko:
    • Bu gün, 17:08
    • 53

Lukaşenko: "Belarus müharibə istəmir, amma özünü müdafiə etməyə hazırdır"

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, belaruslara müharibə lazım deyil, lakin vəziyyət pisləşərsə, hər zaman öz torpaqlarını müdafiə etməyə hazırdır.

"Minlərlə insan müharibədə ölür. Ona görə də bizə müharibə lazım deyil. Problemlər olsa sizə müraciət edəcəyəm, biz də əlimizə silah alıb torpağı müdafiə edəcəyik. Amma döyüşməmək daha yaxşıdır və biz müharibə istəmirik”.

News24.az xəbər verir ki, prezident bu sözləri Qomel vilayətində yerləşən Prudok adlı şəhərin sakinlərinə deyib.

“Əgər işləsək və bir-birimizə sualımız olmasa, inanın ki, müharibə olmayacaq. Hər şey məndən yox, yalnız sizdən asılıdır. Görürsünüz ki, biz bu vəbanın (müharibə) bura gəlməsinin qarşısını almaq üçün hər cür cəhd edirik", -  Lukaşenko bildirib.

Lukaşenko əlavə olaraq qeyd edib ki, "Ukrayna qoşunlarını geri çəkəndə biz də onları geri çəkdik. Biz müharibədə deyilik. Biz döyüşmək istəmirik".


Məryəm İlhamqızı