-
- 21-08-2024, 10:46
- 285
Jennifer Lopezdən AYRILIQ QƏRARI
Amerikalı müğənni və aktrisa Jennifer Lopez avqustun 20-də Los-Anceles məhkəməsinə amerikalı aktyor Ben Afflekdən boşanmaq üçün sənədlər təqdim edib.
News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
"Lopez qaçılmaz görünən şeyi etdi və şəxsən vəkil olmadan Affleckdən boşanmaq üçün müraciət etdi", - sayt qeyd edib.
TMZ həmçinin bildirir ki, Lopez və Afflek toydan sonra aldıqları evi gizlicə satırlar. Nikahı qeydə alarkən aktyorlar nikah müqaviləsi bağlamayıblar.
Məryəm İlhamqızı