Həyatı sənədli filmə çevrilir
    • 21-08-2024, 16:06
    • 231

Həyatı sənədli filmə çevrilir

90-cı illərə damğasını vuran "Spice Girls" musiqi qrupu ilə şöhrət qazanan Viktoriya Bekhem 1999-cu ildən bəri keçmiş futbolçu Devid Bekhemlə xoşbəxt nikahdadır, 4 övladı var. Dizaynları ilə moda dünyasının öndə gedən adlarından olan Viktoriya Bekhemin həyatı sənədli filmə çevrilir.

News24.az xəbər verir ki, ötən il Devid Bekhemin çəkdiyi sənədli filmdən sonra məşhur dizaynerin rəqəmsal platforma ilə də müqavilə imzaladığı bildirilir.

Adı hələ açıqlanmayan sənədli film Viktoriya Bekhemin 90-cı illərdə dünyaca məşhur Spice Girls qrupuna üzv olmasından moda nəhənginə çevrilməyə qədərki dövrü əhatə edəcək.

Sənədli filmdə deyilir: "Posh Spice-in günləri bitmiş ola bilər, lakin bu gün Bekhem moda imperiyası qurmaq üçün səyahətini davam etdirir. İndi pərəstişkarları bunun arxasındakı hekayəni görə bilirlər".

Qeyd edək ki, sənədli filmdə dizaynerin ailəsi və həmkarları da yer alacaq. Sənədli filmi əri Devid Bekhemin istehsal şirkəti olan Studio 99 (həmçinin “Bekhem” sənədli filmini də istehsal edən) istehsal edəcək. Sənədli filmin rejissoru hələ açıqlanmayıb.

Günel Məlikzadə