Viktoriyadan qıcıqlanan Devid Bekhem boşanma astanasında
    • 28-11-2018, 10:59
    • 955

Viktoriyadan qıcıqlanan Devid Bekhem boşanma astanasında

Devid və Viktoriya Bekhem cütlüyünün 17 illik evliliyi bitmək üzərədir.

News24.az xəbər verir ki, buna səbəb Viktoriya Bekhemin evini yüksək texnologiyalı qoruma sistemləri ilə təchiz etməsidir.

Təhlükəsizlik qorxusu olan xanım Bekhem sahibi olduğu bütün daşınmaz əmlaklara telefonla nəzarət edir, bu isə Devid Bekhemi qıcıqlandırır.

Cütlüyə yaxın mənbə Viktoriya və Devidin fərqli xasiyyətdə olduqlarını bildirib:

“Devid müəyyən nöqtəyə qədər təhlükəsizlik üçün atılan addımları anlaya bilirdi. Lakin Viktoriyanın bu mövzunu şişirtməsi Devidi narahat edir və cütlüyün münasibətinin pozulmasına gətirib çıxarır”.

Teymur MƏMMƏDOV