-
- 5-06-2019, 16:28
- 1 654
Məşhur aktyorun gözünə boru salıb su içirtdilər - FOTO
Bəzən filmlərdən milyonlarla pul qazanan aktyorların yerində olmaq istəyirik. Lakin çəkiliş zamanı onların keçdiyi əziyyətlərdən xəbərsizik.
News24.az sevə-sevə və maraqla izlənilən kassa yığımlarını alt-üst edən filmlərdə rol alan aktyorların çəkiliş zamanı qarşılaşdığı çətinlikləri araşdırıb.
Hörümçək adam obrazını canlandıran aktyor Tom Holland geyindiyi kostyuma görə susuzluq və gözmə problemi yaşayıb. Aktyora suyu maskasının göz hissəsindən boru salaraq içirdiblər.
"Marvel" film dünyasının Dəmir adamı Robert Dauini isə obrazı üçün hazırlanan kostyumda klaustrofobiyanın simptomları hiss etdiyini bildirib.
Məşhur aktrisa Skarlet Yohanson isə Qara dul obrazı üçün hazırlanan libasda tər və qaşıntıdan əziyyət çəkdiyini açıqlayıb.
Aktrisa Marqo Robbi "Sui-qəsdçilər dəstəsi" filmində dar şort geyinməyə məcbur olduğu üçün bir müddət hamburgerdən uzaq qalıb.
"Hellboy" Ron Perlman bir daha obrazı üçün makiyaj olunmaqdan imtina edib.
Cennifer Lourens isə "X adamlar" ekran işindəki Mistik obrazı üçün nə az, nə çox düz 7 saat makiyaj olunub. Aktrisa müsahibələrinin birində qrim ustasına makiyaj prosesini 9 saatdan 7 saata endirdiyi üçün təşəkkür də edib.
Teymur MƏMMƏDOV