İnsanlar ölüləri dəfn etməyə yer tapmır - Qəzzada dəhşət
    • Dünən, 23:14
    • 74

İnsanlar ölüləri dəfn etməyə yer tapmır - Qəzzada dəhşət

İsrailin hücumlarında həlak olan yaxınlarını dəfn etmək istəyən qəzzalılar boş məzar tapmaqda çətinlik çəkirlər. 

News24.az "Unikal"a istinadən xəbər verir ki, bir çox bölgələrdə, xüsusən də Qəzza zolağının mərkəzi hissəsində qəbiristanlıqlarda boş yer qalmadığı bildirilir. 

Qəzza şəhərindəki Suveyf qəbiristanlığında işləyən Saad Hasan Bereket  adlı kişi "Anadolu" agentliyinin müxbirinə ömrünü qəbiristanlıqlarda keçirdiyini, lakin heç vaxt belə bir vəziyyətlə qarşılaşmadığını deyib. 

Bərəkət bildirib ki, müharibədən əvvəl hər gün bir neçə dəfn həyata keçirdikləri halda, oktyabrın 7-dən sonra gündə 70, 80, 100, hətta bəzən 300 meyit basdırırlar. 

Qeyd edək ki, 10 aydan çoxdur İsrailin havadan, qurudan və dənizdən şiddətli hücumlarının hədəfi olan Qəzza zolağında ölənlərin sayı 40 mini keçib.