Orban onların qələbəsini elan etdi
Dünya
Macarıstanın Baş naziri Viktor Orban rəqib “Tisa” partiyasını seçkilərdə qələbə münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.
Hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb. “Tisa”nın lideri Peter Macar "X" sosial şəbəkəsində yazıb ki, Orban ona zəng edərək, təbrik edib.