Özcan Dənizdən atalıq AÇIQLAMASI
    • 21-08-2024, 18:08
    • 236

Özcan Dənizdən atalıq AÇIQLAMASI

Özcan Deniz 2018-ci ilin mart ayında Feyza Aktan ilə ailə qurub və eyni ilin aprel ayında oğlu Kuzeyin dünyaya gəlməsi ilə ilk dəfə ata olma həyəcanını yaşayıb.

Hadisəli şəkildə Feyza Aktandan ayrılan Dəniz ötən il Samar Sadgarla ailə həyatı qurub.

News24.az xəbər verir ki, ötən axşam 30 yaşı tamam olan həyat yoldaşı üçün ad günü təşkil edən 53 yaşlı müğənni jurnalistlərin verdiyi "Yenidən ata olmaq istəyirsənmi?" sualına cavab verib:

"53 yaşım var. Həyat yoldaşım Samar və oğlum mənim həyatımdır. Onları daha neçə il müşayiət edəcəm bilmirəm. Onlar gənc olanda qocalmaq istəmirəm. Ona görə də başqa bir uşaq dünyaya gətirmək istəmirəm”

Məryəm İlhamqızı