Özcan Dəniz evlənir
    • 28-04-2022, 10:29
    • 680

Özcan Dəniz evlənir

Özcan Dənizdən evlilik təklifi alan Samar Dadgar stend açdığı TOG Bazar tədbirində üzüyü ilə diqqət çəkib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir Özcan Dənizlə sevgili olan iranlı modelyer Samar Dadgar, Cəmiyyət Könüllüləri Fondunun təşkil etdiyi ənənəvi alış-veriş festivalı olan TOG Bazarda stend açıb. Modelyer üzüyü ilə diqqət çəkib. Jurnalistlərin sualların cavablandıran Dadgar  “Yeni ilin ilk saatlarında Kiprdə evlilik təklifi aldım. Çox xoşbəxtəm, amma bu yay toy yoxdur”,-deyə qeyd edib.