-
- 21-08-2024, 23:30
- 205
"Sonata"da nasazlıq aşkarlandı - Əyləci sərt basdıqda işıq sistemi qarışır
"Hyundai Sonata" 2024-cü ildə istehsal etdiyi yeni model avtomobilləri əyləc işıqlarının nasazlığına görə geri çağıracaq.
News24.az oxu.az-a istinadən bildirir ki, proqram təminatı ilə bağlı problemə görə, işıqlar sönə və ya ümumiyyətlə, düzgün yanmaya bilər.
Xüsusən, 50 km/saatdan yuxarı sürətlə hərəkət edərkən əyləci sərt basdıqda işıqlar yanıb-sönməyə başlayır.