-
- 30-07-2024, 21:20
- 1 123
"Tesla" 2 milyona yaxın avtomobili geri çağıracaq
Elektrikli avtomobil nəhəngi Tesla, proqram probleminə görə ABŞ-da 1,8 milyon avtomobili geri çağıracaq.
News24.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, bəzi avtomobillərdə kapotun qapağının açıq olduğunu müəyyən edə bilməyən proqram probleminə görə 1,8 milyon avtomobili geri çağıracaq.
ABŞ-ın yol təhlükəsizliyindən məsul olan tənzimləyici qurumu NHTSA, problemin 2020-2024-cü illər arasında istehsal edilən Model Y tipli avtomobilləri də əhatə etdiyinə diqqət çəkib və Tesla-nın problemi onlayn həll etmək üçün proqram yeniləməsini paylaşdığını açıqlayıb.
Fevralın 2-də Tesla xəbərdarlıq işıqlarında səhv şrift ölçüsünə görə ABŞ-da təxminən 2,2 milyon avtomobili geri çağırıb.
Günel Məlikzadə