-
- 1-06-2024, 13:35
- 264
"Tesla" 125 mindən çox avtomobili geri çağıracaq
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən şərhdə, bu qərarın 2012-2024-cü illər arasında istehsal edilən Model S üçün verildiyi, Modelin istehsal edilən Model Y vasitələrini əhatə etdiyi bildirilib.
News24.az xəbər verir ki, təhlükəsizlik kəməri xəbərdarlığı sistemindəki nasazlıq səbəbindən ümumilikdə 125 min 227 avtomobilin geri çağırılacağı deyilib.
Açıqlamada bildirilib ki, nasazlıq səbəbindən sürücü təhlükəsizlik kəməri taxmazsa və bu səbəbdən sözügedən nəqliyyat vasitələri federal təhlükəsizlik şərtlərinə uyğun gəlmirsə, xəbərdarlıq işığı və səsli xəbərdarlıq işə salınmaya bilər.
Qeyd edək ki, sürücüyə təhlükəsizlik kəmərinin bağlanmaması ilə bağlı xəbərdarlıq etməyən avtomobildə toqquşma zamanı yaralanma riskinin artacağı əlavə edilib.
Eyni zamanda, problemin həlli üçün havadan proqram təminatının yenilənməsinin ediləcəyi və onun paylanmasına iyun ayında başlanmasının gözlənildiyi bildirilib.
Günel Məlikzadə