İsveçrə Aİ-nin “hərbi Şengen” layihəsinə qoşula bilər
    • 21-08-2024, 23:46
    • 168

İsveçrə Aİ-nin “hərbi Şengen” layihəsinə qoşula bilər

Avqustun 21-də İsveçrə Federal Şurası Avropa İttifaqının “Təhlükəsizlik və Müdafiə üzrə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq” layihəsinin iki hissəsində iştirakını təsdiqləyib.

News24.az xəbər verir ki, Hərbi Mobillik və Kiber Müdafiə Federasiyasının layihələri Silahlı Qüvvələr arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. 

İsveçrə səlahiyyətliləri əmindirlər ki, bu addım milli müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək, eyni zamanda bu, ölkənin neytrallıqla bağlı öhdəliklərinə uyğundur.

Qeyd edək ki, “Hərbi Şengen” adlanan Hərbi Mobillik layihəsi Avropa İttifaqı tərəfindən 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra yaradılıb. Onun missiyası inzibati prosesləri standartlaşdırmaqla bütün Avropada hərbi mobilliyi asanlaşdırmaqdır. Kiber Müdafiə Federasiyası Avropa İttifaqı çərçivəsində rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığı yaxşılaşdırmaq üçün yaradılmışdır.

Məryəm İlhamqızı