Astaranın bu 5 kəndində qaz olmayacaq
    • Dünən, 22:20
    • 70

Astaranın bu 5 kəndində qaz olmayacaq


Astara rayonunun 5 kəndində qazın verilişi dayandırılacaq.

News24.az xəbər verir ki, rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Artupa istiqamətində 2000 p/m qaz kəmərinin kipliyə yoxlanılması üçün Artupa, Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri olmaqla ümumilikdə 1200 abonentin qaz təchizatının 23 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.