-
- 22-08-2024, 13:19
- 632
Tez arıqlamağınıza kömək edən 7 qida
Müasir həyatın oturaq həyat tərzi və qidalanma vərdişləri səbəbindən bədən quruluşunu qorumaq və sağlam həyat sürmək getdikcə çətinləşir. Xüsusilə bel nahiyəsində yığılan yağlar bir çox insanın mübarizə apardığı ümumi problemə çevrilib. Müəyyən qidalar həm bu bölgələrdə yağ yandırmağa kömək edə bilər, həm də maddələr mübadiləsini sürətləndirərək ümumi sağlamlığa müsbət təsir göstərə bilər.
News24.az tez arıqlamağınıza kömək edən 7 qidanı təqdim edir:
1. YAŞIL ÇAY
Yaşıl çay tərkibindəki katexinlər sayəsində yağların yandırılmasını sürətləndirir. Eyni zamanda, antioksidan xüsusiyyətləri ilə bədəni təmizləyir və xüsusilə bel bölgəsində yağların azalmasına töhfə verir. Gündəlik olaraq nizamlı olaraq istehlak edildikdə maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesini dəstəkləyir.
2. BADAM
Badam sağlam yağlar və zülallarla zəngin qidadır. Xüsusilə qəlyanaltı zamanı istehlak edildikdə sizi uzun müddət tox tutaraq lazımsız qəlyanaltıların qarşısını alır. Badamın tərkibindəki liflər və zülallar bel nahiyəsindəki yağları yandırmağa kömək edir.
3.QATIQ
Tərkibindəki probiotik tərkibi ilə tanınan qatıq həzm sistemini tənzimləyir və şişkinliyi azaldır. Qatıq maddələr mübadiləsini sürətləndirən qida kimi də önə çıxır.
4. AVOKADO
Avokado sağlam yağlarla zəngindir və maddələr mübadiləsini sürətləndirən təsiri ilə tanınır. Tərkibindəki oleik turşusu sayəsində qarın nahiyəsində yağların azalmasına kömək edir. Eyni zamanda doyurucu xüsusiyyəti sayəsində lazımsız kalori qəbulunun qarşısını alır.
5. QIRMIZI BİBER
Tərkibindəki kapsaisin maddəsi sayəsində qırmızı bibər maddələr mübadiləsini sürətləndirir və bədən istiliyini artıraraq daha çox kalori yandırmağa kömək edir. Həm də iştahı boğaraq arıqlamağa kömək edir.
6. Zəncəfil
Zəncəfil həzm sisteminə müsbət təsiri və maddələr mübadiləsini sürətləndirən xüsusiyyətləri ilə tanınır. Xüsusilə yeməkdən əvvəl istehlak edildikdə mədəni rahatlaşdırır və bədənin yağ yandırma qabiliyyətini artırır.
7. ALMA sirkəsi
Alma sirkəsi insulin səviyyəsini tarazlayaraq qan şəkərini daha sabit saxlamağa kömək edir. Bu, daha az yağ saxlamağa imkan verir. Yeməkdən əvvəl istehlak edildikdə maddələr mübadiləsini sürətləndirici təsirə malik olduğu da məlumdur.
Məryəm İlhamqızı