"Dalaşa-dalaşa içəri girmişdilər" «Çanaqqala»dan dava ilə bağlı AÇIQLAMA:
    • 6-06-2019, 11:16
    • 1 100

"Dalaşa-dalaşa içəri girmişdilər" «Çanaqqala»dan dava ilə bağlı AÇIQLAMA:

«Çanaqqala» restoranında müştərilər arasında kütləvi dava ilə bağlı sosial şəbəkədə görüntülər yer alıb. 

Məsələ ilə bağlı News24.az-a adının çəkilməsini istəməyən «Çanaqqala» restoranının adminstratoru faktı təsdiqlədi. O bildirdi ki, dava bir neçə gəncin arasında baş verib: «Restoranın içində hər hansı dava baş verməyib. Cavanlar arasında mübahisə düşüb.

Restoranın maşın dayanacağının qarşısında yaşayış sahəsi var, bir neçə gənc həmin yerdən dalaşa-dalaşa gəlib bizim restoranın ərazisinə girmişdi. Biz də də mübahisəni görüb polis əməkdaşlarını çağırdıq. Polis həmin cavanları apardı. 

Mübahisənin səbəbləri artıq polisdə məlum olacaq».

Qeyd edək ki, hadisənin saat 22:15 radələrində baş verdiyi bildirlir.  



Afaq Mirayiq