-
- 6-06-2019, 12:22
- 988
Bu gün Fuad Abbasovun məhkəməsidir - “Öğluma görə çox narahatam”- jurnalistin anası
“Bu gün azərbaycanlı jurnalist Fuad Abbasovun şikayəti əsasında məhkəmə prosesi baş tutacaq.
Bu barədə News24.az-a Fuad Abbasovovun anası məlumat verib.
Onun sözlərinə görə, Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyasının verəcəyi qərarı nıgaranlıqla gözləyir.
Xatırladaq ki, bir həftə öncə F.Abbasovun vəkili Teyub Şərifov da müvəkkilinin Rusiya ərazisindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına görə, həmyerlimizin deportasiya olunmasının mümkünsüz olduğuna dair aidiyyəti qurumlara müvafiq qaydada sənədlər təqdim etdiyini demişdi: “Ximki Şəhər Məhkəməsinin 16 may tarixli sözügedən qərarından verdiyimiz şikayətə Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyası tərəfindən iyun ayının 6-da baxılacaq”.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.