-
- 29-05-2019, 14:06
- 852
Rusiya Ombudsmanı: "Fuad Abbasovun saxlanılmasına dair heç bir məlumatımız yox idi"
Azərbaycan jurnalisti Fuad Abbasovun saxlanılması məsələsini yaxından öyrənəcəyik və ona baş çəkməyə çalışacağıq".
News24.az xəbər verir ki, bunu "Report"a Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova deyib.
"Fuad Abbasovun saxlanılmasına dair heç kim bizə müraciət etməyib. Sizin sualınıza qədər Moskvada Azərbaycan jurnalistinin saxlanması ilə bağlı heç bir məlumatımız yox idi. Bu cür hallara çox həssas yanaşırıq və onları nəzarətdə saxlayırıq", - T.Moskalkova bildirib.
Öz növbəsində, Fuad Abbasovun vəkili Teyyub Şərifovsa açıqlamasında deyib ki, onun deportasiyası daha yuxarı instansiya məhkəməsinə şikayət edildiyinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.
"Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verdik. Məhkəmənin ilkin iclasının vaxtı hələ təyin olunmayıb. Şikayətə baxdıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiya edilməsinin qanuniliyi ilə bağlı qərar verəcək", - vəkil bildirib.
Xatırladaq ki, Azərbaycan jurnalisti Fuad Abbasov bu il mayın 16-da Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir.